...

Fətullah Gülən Türkiyədə baş verən hadisələrdə iştirakı olduğunu təkzib edir

Siyasət Materials 19 Dekabr 2013 10:05 (UTC +04:00)
Hazırda ABŞ-da yaşayan tanınmış din xadimi Fətullah Gülən Türkiyədə baş verən hadisələrdə iştirakı olduğunu təkzib edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Zaman" qəzeti xəbər verir.
Fətullah Gülən Türkiyədə baş verən hadisələrdə iştirakı olduğunu təkzib edir

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Hazırda ABŞ-da yaşayan tanınmış din xadimi Fətullah Gülən Türkiyədə baş verən hadisələrdə iştirakı olduğunu təkzib edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Zaman" qəzeti xəbər verir.

Gülənin sözlərinə görə, hazırda Türkiyədə ona və onun tərəfdarlarına qarşı güclü təbliğat gedir.

Bir müddət əvvəl Türkiyənin kütləvi informasiya vasitələri ölkədə son günlər baş verən hadisələrin arxasında Fətullah Gülən və onun tərəfdarlarının dayandığı barədə məlumat yaymışdı. Buna səbəb ölkənin hakim partiyasının Gülən tərəfdarlarının nəzarət etdikləri məktəblərin bağlanmasına dair bəyanatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti