...

Türkiyədə rüşvət qalmaqalında həbs olunan iş adamı Əli Ağaoğlu sərbəst buraxılıb

Siyasət Materials 20 Dekabr 2013 13:52 (UTC +04:00)
Türkiyədə rüşvət qalmaqalında həbs olunan iş adamı Əli Ağaoğlu sərbəst buraxılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haber7" telekanalı məlumat verib.
Türkiyədə rüşvət qalmaqalında həbs olunan iş adamı Əli  Ağaoğlu sərbəst buraxılıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə rüşvət qalmaqalında həbs olunan iş adamı Əli Ağaoğlu sərbəst buraxılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haber7" telekanalı məlumat verib.

Məlumata əsasən, Ə.Ağaoğlu ilə yanaşı, həbs olunan bəzi iş adamlarının da sərbəst buraxılacağı gözlənilir.

Xatırladaq ki, İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var. Həmçinin korrupsiya qalmaqalını araşdıran yüksəkvəzifəli polis məmurları işdən azad edilib.

Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

Həmçinin, korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Baxış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adının olduğu da iddia edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti