...

Türkiyə müxalifəti adları korrupsiya qalmaqalında hallanan nazirlərin legitimliyini tanımır

Siyasət Materials 23 Dekabr 2013 12:12 (UTC +04:00)
Türkiyənin Milli Hərəkat Partiyası (MHP) və onun lideri Dövlət Bahçeli adları korrupsiya qalmaqalında hallanan nazirlərin legitimliyini tanımır.
Türkiyə müxalifəti adları korrupsiya qalmaqalında hallanan nazirlərin legitimliyini tanımır

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Milli Hərəkat Partiyası (MHP) və onun lideri Dövlət Bahçeli adları korrupsiya qalmaqalında hallanan nazirlərin legitimliyini tanımır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Anadolu" agentliyi xəbər yayıb.

D.Bahçeli bildirib ki, adları korrupsiya qalmaqalında hallanan nazirlərin bütün qərarlarının onların günahsız olduqları sübut edilməyənədək partiyanın üzvləri üçün qanuni qüvvəsi olmayacaq.

Xatırladaq ki, İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti