...

Türkiyənin yeni daxili işlər və iqtisadiyyat nazirlərinin adları açıqlanıb

Siyasət Materials 25 Dekabr 2013 20:17 (UTC +04:00)
Bu gün Türkiyədə istefaya gedən nazirlərin yerinə təyin ediləcək yeni nazirlərin adları açıqlanıb. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Türkiyənin yeni daxili işlər və iqtisadiyyat nazirlərinin adları açıqlanıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Bu gün Türkiyədə istefaya gedən nazirlərin yerinə təyin ediləcək yeni nazirlərin adları açıqlanıb. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, Efkan Ala daxili işlər naziri, Numan Kurtulmuş isə iqtisadiyyat naziri təyin ediləcəklər.

Həmçinin Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağışın yerinə Ömər Çelik, müdafiə naziri İsmət Yılmazın əvəzinə isə Alparslan Kavaklıoğlunun gətiriləcəyi gözlənilir. İ.Yılmazın rabitə naziri təyin ediləcəyi bildirilir.

Bundan əvvəl DİN-in keçmiş rəhbəri Müəmmər Gülərin yerinə dövlət naziri Bəkir Bozdağ təyin ediləcəyi deyilirdi.

Qeyd edək ki, bu gün Türkiyədə adı korrupsiya qalmaqalında hallanan iqtisadiyyat və daxili işlər nazirləri Zəfər Çağlayan və Müəmmər Gülər, həmçinin şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti