...

Hakim partiya Fətullah Güləni Türkiyəyə qayıtmağa çağırır

Siyasət Materials 30 Dekabr 2013 10:15 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Mehmet Əli Şahin hazırda ABŞ-da yaşayan nüfuzlu ictimai, din xadimi Fətullah Güləni ölkəyə qayıtmağa çağırıb.
Hakim partiya Fətullah Güləni Türkiyəyə qayıtmağa çağırır

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Mehmet Əli Şahin hazırda ABŞ-da yaşayan nüfuzlu ictimai, din xadimi Fətullah Güləni ölkəyə qayıtmağa çağırıb.

Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, M.Ə.Şahin deyib ki, Türkiyədə baş vermiş korrupsiya qalmaqalına aydınlıq gətirmək üçün F.Gülən ölkəyə qayıtmalıdır.

Qeyd edək ki, Türkiyə KİV ölkədə baş verən son hadisələrin arxasında F.Gülənin dayandığını bildirir. F.Gülən isə baş verənlərdə iştirakını inkar edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti