Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir R.Hafizoğlu/
Dekabrın 17-də başlayan korrupsiya qalmaqalı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı yönəldilib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu daxili işlər naziri Efkan Ala deyib.
Onun sözlərinə görə, ölkədə AKP-yə qarşı birləşmiş qüvvələr var.
E.Ala qeyd edib ki, baş verənlərin arxasında kimin dayandığı yaxın vaxtlarda məlum olacaq.