...

Türkiyənin 16 şəhərinin polis rəisləri dəyişdirilib

Siyasət Materials 8 Yanvar 2014 11:11 (UTC +04:00)
Türkiyənin 16 şəhərinin polis rəisləri dəyişdirilib.
Türkiyənin 16 şəhərinin polis rəisləri dəyişdirilib

Azərbaycan, Bakı, 8 yanvar / Trend, müxbir R.Hafizoğlu /

Türkiyənin 16 şəhərinin polis rəisləri dəyişdirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Rəsmi Qəzet"i məlumat verib.

Məlumata əsasən, onların sırasında Ankara, Adana, Antalya kimi böyük şəhərlər də var.

Dünən Türkiyənin paytaxtı Ankarada kadr dəyişiklikləri 550-dən artıq polisə şamil edilib.

Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyənin bəzi şəhərlərində polis orqanlarında kadr dəyişiklikləri aparılır.

Polis orqanlarında kadr islahatları Sakarya, Çanakala, Malatya, Samsun, Batman, Yozqat və Elyazıq, Kutahya və Tokat şəhərlərində aparılıb.

Bundan əvvəl Ankara Təhlükəsizlik İdarəsində 18 vəzifəli şəxsə şamil edilən kadr dəyişiklikləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti