...

Türkiyədə adı korrupsiya qalmaqalında hallanan sabiq nazirlər məsuliyyətə cəlb oluna bilərlər

Siyasət Materials 11 Yanvar 2014 11:23 (UTC +04:00)
Türkiyənin korrupsiya qalmaqalı ilə bağlı istefa vermiş nazirləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Türkiyədə adı korrupsiya qalmaqalında hallanan sabiq nazirlər məsuliyyətə cəlb oluna bilərlər

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin korrupsiya qalmaqalı ilə bağlı istefa vermiş nazirləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin ədliyyə naziri ölkə parlamentinə sabiq nazirlərin toxunulmazlığının ləğv edilməsi məsələsi ilə bağlı müraciət etmək niyyətindədir.

Qeyd edək ki, 2013-cü il dekabrın 25-də korrupsiya qalmaqalı ilə bağlı iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti