...

AŞ PA həmməruzəçiləri Azərbaycana faktaraşdırıcı missiya ilə səfər edəcəklər

Siyasət Materials 17 Yanvar 2014 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir S.Əhmədova/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex yanvarın 21-23-də faktaraşdırıcı missiya ilə Azərbaycana səfər edəcəklər.

AŞ PA-nın Bakı Ofisindən Trend-ə bildiriblər ki, səfər zamanı həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarsında götürdüyü öhdəlikərin yerinə yetirilməsini müşahidə edəcəklər.

Həmməruzəçilərin Bakıda ədliyyə naziri, Baş prokuror, Ali Məhkəmənin sədri, Prezident Administrasiyasının rəhbəri, parlamentdə təmsil olunan partiyaların nümayəndələri və parlamentdə təmsil olunmayan müxalifət, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü gözlənilir.

P.Aqramunt və C.D.Qrexin, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Naxçıvanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti