...

Ərdoğanın oğlu korrupsiya qalmaqalı ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib

Siyasət Materials 24 Yanvar 2014 09:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ölkədə baş verən korrupsiya qalmaqalı ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Məlumata əsasən, Bilal Ərdoğanın vəkili deyib ki, Baş nazirin oğlu bu vaxta qədər ifadə verməyə çağırılmayıb.

Qeyd edək ki, 2013-cü il dekabrın 17-də İstanbulda və Ankarada keçirilən xüsusi əməliyyat zamanı onlarla şəxs, o cümlədən bir neçə nazirin övladı və tanınmış iş adamları saxlanılıb. Saxlamalar korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışı ittihamları əsasında həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti