...

Özbəkistan Azərbaycanda istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlara maraq göstərir

Siyasət Materials 29 Yanvar 2014 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 29-da nazir müdafiə sənayesi naziri Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlarla yaxından tanış olmaq üçün Azərbaycanda səfərdə olan Özbəkistanın müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavqat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Y.Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.

Ş.Normatov Özbəkistan tərəfinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlara maraq göstərdiyini bildirib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Üçgünlük səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti nazirliyin bir neçə müəssisəsində olub, istehsal prosesini yaxından izləyib.

Görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti