...

Türkiyədə 160-dan çox hakimin iş yeri dəyişdirilib

Siyasət Materials 12 Fevral 2014 12:30 (UTC +04:00)
Türkiyədə ötən ilin sonlarında başlayan antikorrupsiya əməliyyatlarından sonra 160-dan çox hakimin iş yeri dəyişdirilib.
Türkiyədə 160-dan çox hakimin iş yeri dəyişdirilib

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə ötən ilin sonlarında başlayan antikorrupsiya əməliyyatlarından sonra 160-dan çox hakimin iş yeri dəyişdirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Hürriyət" qəzeti yazıb.

Hüquq orqanlarındakı dəyişikliklər çərçivəsində habelə altı mindən artıq polis işçisinin də iş yerləri dəyişdirilib.

Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla onlarla insan saxlanılıb.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti