...

Ərdoğanın oğlu İstanbul prokurorluğunda ifadə verib

Siyasət Materials 14 Fevral 2014 15:59 (UTC +04:00)
Ərdoğanın oğlu İstanbul prokurorluğunda ifadə verib
Ərdoğanın oğlu İstanbul prokurorluğunda ifadə verib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan fevralın 5-də İstanbul prokurorluğunda terrorla mübarizə haqqında qanunun 10-cu bəndi üzrə açılmış araşdırma prosesi çərçivəsində ifadə verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi cümə günü məlumat verib.

Məlumata görə, Bilal Ərdoğanın ifadəsi dörd prokuror tərəfindən alınıb.

Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İstanbul prokurorluğuna qarşı iddia qaldırıb.

Məlumata əsəsən, prokurorluğa qarşı iddia qaldırılmasına səbəb keçən ilin dekabr ayında rüşvət qalmaqalında Bilal Ərdoğana böhtan atılması olub.

Keçən il dekabrın 17-də Türkiyənin Ankara və İstanbul şəhərlərində yaşanan korrupsiya qalmaqalında İstanbul prokurorluğu Baş nazirin oğlu Bilal Ərdoğanın da əli olduğunu bildirib.

Bilal Ərdoğan ölkədə baş verən korrupsiya qalmaqalı ilə bağlı ifadə verməyə hazır olduğunu deyib.

Qeyd edək ki, 2013-cü il dekabrın 17-də İstanbulda və Ankarada keçirilən xüsusi əməliyyat zamanı onlarla şəxs, o cümlədən bir neçə nazirin övladı və tanınmış iş adamları saxlanılıb. Saxlamalar korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışı ittihamları əsasında həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti