...

XİN: RF-nin qonşuları MDB-də inteqrasiya proseslərində iştirak etməkdə sərbəstdirlər

Siyasət Materials 21 Fevral 2014 14:45 (UTC +04:00)
Qonşularımız MDB məkanında bu və ya digər inteqrasiya proseslərində iştirak edib-etməməklə bağlı qərar verməkdə sərbəstdirlər.
XİN: RF-nin qonşuları MDB-də inteqrasiya proseslərində iştirak etməkdə sərbəstdirlər

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Qonşularımız MDB məkanında bu və ya digər inteqrasiya proseslərində iştirak edib-etməməklə bağlı qərar verməkdə sərbəstdirlər. Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın bu proseslərdə mümkün iştirakı haqqında məlumatı şərh edərkən "Nezavisimaya qazeta"ya müsahibəsində deyib.

Q.Karasin bildirib: "Biz prinsipial olaraq həmişə bu mövqedən çxış etmişik və edirik. Azərbaycan regionda Rusiyanın strateji tərəfdaşıdır. Münasibətlərimizin böyük inkişaf potensialı var. Şübhə etmirəm ki, hər iki tərəf üçün, çoxtərəfli əməkdaşlıq işlərindən birbaşa asılı olmayaraq, münasibətlərin özünəməxsus dəyəri var".

Nazir müavini qeyd edib ki hər iki dövlətin MDB-də iştirakı ikirtərəfli əməkdaşlığın yeni vacib hüdud və ölçülərini müəyyənləşdirir: "Bu, müsbət məqamdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti