...

Mehriban Əliyeva Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimat mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 24 Fevral 2014 17:06 (UTC +04:00)
Fevralın 24-də Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub. Trend-in məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimat mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Fevralın 24-də Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub. Trend-in məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Mehriban Əliyeva çıxış edərək Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi proqramlardan danışıb.

Azərbaycanın birinci xanımı Fondun yeni layihəsinin əhəmiyyətini qeyd edib.

Sonra proqramın təqdimatı olub.

Daha sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış ediblər.

Sonda Mehriban Əliyeva əminliklə bildirib ki, Heydər Əliyev Fondunun indiyədək həyata keçirdiyi digər proqramlar kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da uğurlu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti