...

Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın tərəqqisinə dair növbəti hesabatının vaxtı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Mart 2014 11:25 (UTC +04:00)
Qeyd edək ki, Aİ hər il Avropa Qonşuluq Siyasəti çərçivəsində 16 ölkə üzrə tərəqqi hesabatı dərc edir.
Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın tərəqqisinə dair növbəti hesabatının vaxtı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir S.Əhmədova/

Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın tərəqqisinə dair növbəti hesabatı bu il martın sonu - aprelin əvvəlində çap olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib.

O bildirib: "Hesabata gəldikdə, düşünürük ki, o martın sonu - aprelin əvvəlində hazır olacaq".

Qeyd edək ki, Aİ hər il Avropa Qonşuluq Siyasəti çərçivəsində 16 ölkə üzrə tərəqqi hesabatı dərc edir.

M.Mard vurğulayıb ki, hər iki tərəf əlaqələrin dərinləşməsində maraqlıdır: "Biz ümidvarıq ki, viza və readmissiya sazişinə dair müqavilələr ilin sonuna kimi qüvvəyə minəcək".

Aİ və Azərbaycan arasında aviasiya sahəsində danışıqlara münasibət bildirərkən M.Mard qeyd edib ki, danışıqlar elə də intensiv getmir və azərbaycanlı tərəfdaşlardan çox şey asılıdır: "Əlbəttə, biz əvvəlki kimi Azərbaycan ilə işləməyə hazırıq".

Assosiasiya sazişi ilə bağlı danışan səfir bildirib ki, Aİ ilə əlaqələrin necə inkişaf etdirilməsi Azərbaycanın özündən asılıdır.

O deyib ki, hər iki tərəf siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.

Səfir xatırladıb ki, Azərbaycan və Aİ "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq edir: "Aİ Azərbaycanla bu əməkdaşlığı qiymətləndirir. Daha da yaxınlaşma hər iki tərəfin marağındadır".

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə danışarkən M.Mard qeyd edib ki, bu prosesdə əsas aparıcı qüvvə ATƏT-in Minsk qrupudur. Aİ yalnız öz niyyətini bildirib və bu prosesi dəstəkləmək niyyətini hər zaman bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti