Azərbaycan, Bakı, 13 mart /Trend/
Azərbaycanın millət vəkilləri Serbiyada parlament seçkilərini müşahidə edəcəklər. Bu barədə Trend Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Astan Şahverdiyev Azərbaycan parlamentinin müşahidəçiləri qismində Serbiyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün martın 15-dən 18-dək Belqradda səfərdə olacaqlar.
Deputatlarımız seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.