...

Krımın statusu üzrə referendumda seçicilərin 85 faizi iştirak edib

Siyasət Materials 16 Mart 2014 23:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Bu gün Krımın statusu üzrə keçirilən referendumda seçicilərin təqribən 85 faizi iştirak edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə muxtar respublikanın Baş naziri Sergey Aksyonov bildirib.

Qeyd edək ki, Respublika Siyasi və Sosioloji Araşdırmalar İnstitutunun 200 seçki məntəqəsində keçirdiyi "exit-poll"un nəticələrinə əsasən, referendumunda iştirak edən seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs veriblər.

Seçicilərin 7 faizi isə Krımın Ukraynanın tərkibində qalmasını istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti