Azərbaycan, Bakı, 27 mart / Trend, müxbir R.Hafizoğlu /
İstanbulun Vergi Müfəttişliyi Gülən hrəkatı ilə əlaqəli olan "Kaynak Holding" şirkətində araşdırma aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti xəbər yayıb.
NT mağazalar şəbəkəsini özündə birləşdirən "Kaynak Holding" Fətullah Gülən [hazırda ABŞ-da yaşayan tanınmış din xadimi] hərəkatı ilə sıx əlaqələri olan şirkətlərdən biridir.
Bununla yanaşı, polis şirkətin binasında axtarış aparır.
Bir müddət əvvəl R.T.Ərdoğan F.Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.
Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir.
Baş nazir qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: "Paralel struktur ölkədə məkrli niyyətinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var".