...

Qəzet: Türkiyənin İsraildəki səfirliyinin fəaliyyəti bərpa edilə bilər

Siyasət Materials 27 Mart 2014 13:01 (UTC +04:00)
Türkiyənin İsraildəki səfirliyinin fəaliyyəti İsrail hökimətinin Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücumu ilə bağlı 21 milyon dollar məbləğində kompensasiyanı ödəməsindən sonra bərpa edilə bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı “Sabah” qəzeti xəbər yayıb.
Qəzet: Türkiyənin İsraildəki səfirliyinin fəaliyyəti bərpa edilə bilər

Azərbaycan, Bakı, 27 mart / Trend, müxbir R.Hafizoğlu /

Türkiyənin İsraildəki səfirliyinin fəaliyyəti İsrail hökimətinin Türkiyənin "Mavi Mərmərə" gəmisinə hücumu ilə bağlı 21 milyon dollar məbləğində kompensasiyanı ödəməsindən sonra bərpa edilə bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti xəbər yayıb.

Türkiyə ilə İsrail arasında kompensasiyaların ödənilməsi haqqında müqavilənin imzalanması ehtimal ki, martın 30-da Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən sonra mümkün olacaq.
Gözlənilir ki, kompensasiyaların ödənilməsi haqqında müqavilə çərçivəsində İsrail tərəfi Türkiyəyə Qəza sektoruna humanitar yüklərin çatdırılması imkanı verəcək.

Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu il mayında İsrailin Hərbi Dəniz Qüvvələri İsrail Silahlı Qüvvələri tərəfindən blokadaya alınmış Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq Donanması"nın altı gəmisini saxlamasından sonra kəskin şəkildə pisləşib. İsrail SQ-nin müdaxiləsi nəticəsində Türkiyənin "Mavi Mərmərə" gəmisində 9 sülhməramlı həlak olub.
İsrail hökuməti hərbi əməliyyatın özünümüdafiə xarakteri daşıdığını israr edir.

2011-ci ilin sentyabrında Türkiyə və İsrail öz səfirlərini geri çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti