...

İlham Əliyev Tacikistanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 3 Aprel 2014 13:47 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul etmişdir.
İlham Əliyev Tacikistanın xarici işlər nazirini qəbul edib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Tacikistanın xarici işlər naziri Sirociddin Aslovun Azərbaycana səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Prezident Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Prezident Emoməli Rəhmonun Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət məktubunu dövlətimizin başçısına təqdim etdi.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulandı, ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.

Dövlətimizin başçısı Prezident Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti