ATƏT PA prezidentinin Azərbaycana səfəri başlayır

Siyasət Materials 15 Aprel 2014 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ Trend, müxbir S.Əhmədova/

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti bu gecə Azərbaycana səfər edəcək.

Trend-in Azərbaycan Milli Məclisinə istinadən verdiyi məlumata görə, sabah nümayəndə heyəti Fəxri Xiyabanını ziyarət edəcək.

Səfər çərçivəsində R. Krivokapiçin ölkəmizin bir sıra rəsmiləri ilə görüşəcəyi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti