...

Ranko Krivokapiç: Parlament diplomatiyası Rusiya və Ukrayna arasında yaranmış boşluğu doldura bilər

Siyasət Materials 16 Aprel 2014 12:39 (UTC +04:00)
ATƏT və digər təşkilatlar Ukrayna münaqişəsini həll etməyə çalışır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç deyib.
Ranko Krivokapiç: Parlament diplomatiyası Rusiya və Ukrayna arasında yaranmış boşluğu doldura bilər

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/

ATƏT və digər təşkilatlar Ukrayna münaqişəsini həll etməyə çalışır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç deyib.

Onun sözlərinə görə, ötən həftə həm Rusiya, həm də Ukrayna parlamentinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib: "Bu, Rusiya və Ukrayna parlamentləri arasında ilk əlaqə idi. Biz bu görüşdə Ukrayna və Krımla bağlı mühüm məsələləri müzakirə etdik. Burada ATƏT-in mövqeyi bəllidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Mən elə hesab edirəm ki, münaqişənin həllində parlament diplomatiyası mühüm rol oynaya bilər".

R.Krivokapiç hesab edir ki, parlament diplomatiyası iki ölkə arasında yaranmış bu boşluğu doldura bilər: "Ukrayna hadisələri bizi narahat edir və bu, göstərdi ki, biz öz prinsiplərimiz üzərində çox gərgin işləməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti