...

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 22 Aprel 2014 10:01 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən 2014-cü ilin aprel ayının 23-dən 2015-ci ilin yanvar ayının 16-dək San Antonio şəhərində (ABŞ) ingilis dili təlimatçıları üçün təməl kursu və aprel ayının 23-dən may ayının 1-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə seminarı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti