...

Haşim Kılıç: Türkiyə Konstitusiya Məhkəməsinin qərarları xalqın maraqlarına xidmət edir

Siyasət Materials 25 Aprel 2014 14:15 (UTC +04:00)
"Türkiyənin Konstitusiya Məhkəməsinin qərarları xalqın maraqlarına xidmət edir". Bunu ölkənin Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç məhkəmənin qurulmasınını 52-ci ildönümünə həsr olunmuş toplantıda bildirib.
Haşim Kılıç: Türkiyə Konstitusiya Məhkəməsinin  qərarları xalqın maraqlarına xidmət edir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir R.Hafizoğlu/

"Türkiyənin Konstitusiya məhkəməsinin qərarları xalqın maraqlarına xidmət edir". Bunu ölkənin Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç məhkəmənin qurulmasınını 52-ci ildönümünə həsr olunmuş toplantıda bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

Kılıç deyib: "Konstitusiya Məhkəməsinin qərarlarını müzakirə edərək onların xalqın milli maraqlarına uyğun olmadığını söyləyənlər məhkəmə qərarlarına səthi yanaşırlar. Hüquqi bir dövlətdə məhkəmələr əmr və təlimatla işləmədiyi kimi, dostluq və düşmənçilik duyğuları ilə də idarə edilə bilməz".

Kılıçın açıqlamasından sonra hakim partiyadan olan nazirlər və ölkənin Baş naziri nahar yeməyində iştirak etməyiblər.

Aprelin 4-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan"Twitter"ə girişə qoyulan qadağanın aradan qaldırılmasına dair məhkəmə qərarını tənqid edib: "Türkiyə hakimiyyəti ölkədə "Twitter" sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə Konstitusiya Məhkəməsinin qərarını qəbul etsə də, bu, o demək deyil ki, hakimiyyət həmin qərara hörmət edir".

Aprelin 3-də Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyi hazırda ölkədə "Twitter" sosial şəbəkəsinə girişin bərpa olunduğunu xəbər verib.

Türkiyə Konstitusiya Məhkəməsi ölkədə "Twitter" sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə qərar qəbul edib. Məhkəmə ölkədə "Twitter"-in bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb və bu qadağanı istifadəçilərin fikir azadlıqlarının pozulması kimi qiymətləndirib.

Xatırladaq ki, martın 21-də Türkiyədə "Twitter" şəbəkəsinə giriş bağlanıb. "Twitter"-in bağlanması Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışından bir neçə saat sonra baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti