...

Birinci vitse-spiker: Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasını tənzimləyən qanunvericilik kifayət qədər yaxşıdır

Siyasət Materials 7 May 2014 12:23 (UTC +04:00)
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin aparılması üçün insanlar özləri də düşünməlidirlər ki, bu cür yollara getmək olmaz
Birinci vitse-spiker: Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasını tənzimləyən qanunvericilik kifayət qədər yaxşıdır

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasını tənzimləyən qanunvericilik kifayət qədər yaxşıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin aparılması üçün insanlar özləri də düşünməlidirlər ki, bu cür yollara getmək olmaz: "Çünki bu cür işlərin sonu yoxdur. Ona görə də gərək insanların özlərində də daxili vicdan olsun. Vicdan oyansın ki, bu işlərlə məşğul olmaq olmaz. Əlbəttə ki, vicdanı olmayan insanlara hüquq-mühafizə orqanları öz sözünü deyəcək".

Z.Әsgərov deyib ki, Azərbaycan dövləti tərəfindən korrupsiyaya qarşı mübarizə tədbirləri həmişə aparılıb: "Bu işlər bizim siyasətimizin çox mühüm istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin siyasi iradəsi də ortadadır. Әlbəttə, bu mübarizənin də müxtəlif yolları, sözsüz ki, administrativ, profilaktik yolları da var. Hesab edirəm ki, zaman keçdikcə bu məsələlərin kökü kəsiləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti