...

Fransa Prezidenti Fransua Ollandın rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 12 May 2014 09:56 (UTC +04:00)
Azərbaycana rəsmi səfərə gələn Fransa Prezidenti Fransua Ollandın mayın 12-də rəsmi qarşılanma mərasimi oldu.
Fransa Prezidenti Fransua Ollandın rəsmi qarşılanma mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əliyev/

Azərbaycana rəsmi səfərə gələn Fransa Prezidenti Fransua Ollandın mayın 12-də rəsmi qarşılanma mərasimi oldu.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlət başçısı Fransa Prezidenti Fransua Ollandı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Fransa Prezidentinə raport verdi.

Fransanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Fransa Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Fransua Ollanda, Fransanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti