...

Fransa və Azərbaycan prezidentləri Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualı cavablandırıblar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 May 2014 12:52 (UTC +04:00)
Mən həmişə insan hüquqları mövzusuna da toxunuram və bu, xüsusilə də Fransanı, Fransa xalqını maraqlandıran bir məsələdir.
Fransa və Azərbaycan prezidentləri Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualı cavablandırıblar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əliyev/

"Mən həmişə insan hüquqları mövzusuna da toxunuram və bu, xüsusilə də Fransanı, Fransa xalqını maraqlandıran bir məsələdir. Fransa bu dəyərlərə yüksək qiymət verdiyinə görə və yaxşı münasibətləri qoruyub saxlamaq üçün biz bütün suallar haqqında müzakirələr apardıq". Trend-in məlumatına görə, bunu Bakıda Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında jurnalistin hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Rauf Mirqədirovla bağlı sualını cavablandırarkən deyib.

Prezident İlham Əliyev isə sualı cavablandırarkən bildirib ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət müsbətdir, bütün fundamental azadlıqlar - söz, vicdan, mətbuat, sərbəst toplaşma azadlıqları təmin edilir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib edilmir və Azərbaycanda internet azaddır, heç bir məhdudiyyət yoxdur, əhalinin 70 faizi internetdən istifadə edir: "Yəni siyasi islahatlar bizim üçün çox vacibdir, çünki biz ölkəmizi müasirləşdiririk, müasir, güclü Azərbaycan qururuq və Fransa kimi demokratiyanın böyük ənənələri olan ölkə ilə bu məsələlərdə daim bir yerdəyik, müzakirələr aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti