...

Avstriyalı alim və tarixçi erməni terroru haqqında həqiqətləri əks etdirən kitab yazıb

Siyasət Materials 13 May 2014 10:49 (UTC +04:00)
Məşhur avstriyalı alim, tarixçi və etnoqraf Erix Fayql erməni terroru haqqında həqiqətləri əks etdirən kitab yazıb.
Avstriyalı alim və tarixçi erməni terroru haqqında həqiqətləri əks etdirən kitab yazıb

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir S.Əhmədova/

Məşhur avstriyalı alim, tarixçi və etnoqraf Erix Fayql erməni terroru haqqında həqiqətləri əks etdirən kitab yazıb. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu barədə öz "Twitter" səhifəsində yazıb.

N.Məmmədov bildirir ki, Erix Fayql kitabında yazıb: "Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər Ermənistanda yaşayanlardan daha radikal və sərt mövqedədirlər".

E.Fayql kitabında qeyd edib ki, erməni ekstremizmi nəticəsində İslamın itkiləri dəfələrlə böyük olub: "Lakin bu günə kimi heç kəs erməni terrorçularının təhriki ilə baş tutan iğtişaşlardakı müsəlman qurbanlarının taleyi haqqında soruşmur".

Sözügedən kitabla aşağıdakı linkdə tanış olmaq olar.

http://karabakh-doc.azerall.info/ru/armyanstvo/arm72/a_myth_of_terror_eng.pdf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti