...

Azərbaycan və Vyetnam prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub

Siyasət Materials 19 May 2014 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Vyetnam Prezidenti Truonq Tan Sanq deyib: "Hörmətli cənab Prezident. İcazə verin, nümayəndə heyətinin adından Sizi Vyetnam torpağında dövlət səfərinə gəlməyinizlə bağlı bir daha salamlayaq. Siz bizim köhnə və yaxın dostumuzsunuz. Ümidvarıq ki, səfəriniz uğurlu olacaqdır. Siz özünüzə çox yaxın olan bir ölkədəsiniz və ümid edirəm ki, burada özünüzü Vətəninizdəki kimi hiss edəcəksiniz. Sizin səfəriniz Vyetnam ilə əlaqələrin inkişafına daha güclü təkan verəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyev bildirib: "Təşəkkür edirəm, cənab Prezident. Nümayəndə heyətimizin üzvləri özlərini Sizin gözəl ölkənizdə çox yaxşı hiss edirlər. Fürsətdən istifadə edərək Sizi də münasib bir vaxtda Azərbaycana səfərə dəvət edirəm. Biz münasibətlərimizi yüksək qiymətləndiririk və əminəm ki, səfər ikitərəfli əməkdaşlığa daha güclü rəvac verəcəkdir. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır. Səfər nəticəsində siyasi əlaqələr daha da möhkəmlənəcəkdir".

Geniş tərkibdə görüşdə Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq ulu öndər Heydər Əliyevin vaxtı ilə Sovet İttifaqı rəhbərliyində olduğu dövrdə bu ölkəyə səfərini xatırladı. Ümummilli lider Heydər Əliyevin şəxsən Vyetnama göstərdiyi diqqətin Vyetnam xalqı tərəfindən dərin minnətdarlıqla xatırlandığını bildirdi.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlıq, energetika, elm, təhsil, turizm, investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti