...

ABŞ "Sergey Maqnitski qanuna" uyğun olaraq Rusiyanın 12 vətəndaşı əleyhinə sanksiyalar tətbiq edir

Siyasət Materials 21 May 2014 01:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

ABŞ Sergey Maqnitski kimi adlandırılan qanuna uyğun olaraq Rusiyanın 12 vətəndaşı əleyhinə sanksiyalar tətbiq edir. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə ABŞ maliyyə nazirliyinin mətbuat xidməti bildirib.

Onun fərziyəsinə görə, indiki cəza tədbirləri Maqnitskinin tutulmasına və ölümünə aidiyyətı olan şəxslər barəsində tətbiq olunur. Onların arasında Butırskaya həbsxanasının, "Matrosskaya tişina" İstintaq Təcridxanasının və Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları var. Rusiyanın yüksək vəzifəli şəxsləri bu siyahıda yoxdur.

Siyahıya Larisa Litvinova, Dmitri Kratov, Aleksandra Qauss, Fikrət Tağıyev, İqor Alisov, Andrey Kreçetov və digər şəxslər daxil ediliblər.

Xəbər lenti

Xəbər lenti