...

Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın siyasi aspektləri müzakirə olunub

Siyasət Materials 21 May 2014 11:14 (UTC +04:00)
Türkmənistan nümayəndə heyəti "Xarici siyasət kursu və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun beynəlxalq təşəbbüsləri: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə" adlı beynəlxalq elmi konfransda iştirak və Türkmənistanın Bakıdakı səfirliyi tərəfindən hazırlanmış və dərc edilmiş "Türkmənistan: dünyanın və inkişafın strategiyası" kitabının təqdimatı çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) qəbul edilib.
Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın siyasi aspektləri müzakirə olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın siyasi aspektləri müzakirə olunub.

Türkmənistan nümayəndə heyəti "Xarici siyasət kursu və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun beynəlxalq təşəbbüsləri: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə" adlı beynəlxalq elmi konfransda iştirak və Türkmənistanın Bakıdakı səfirliyi tərəfindən hazırlanmış və dərc edilmiş "Türkmənistan: dünyanın və inkişafın strategiyası" kitabının təqdimatı çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) qəbul edilib. Bu barədə Trend-ə Türkmənistan səfirliyindən məlumat verilib.

Azərbaycanın XİN-də respublikanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə Türkmənistan nümayəndə heyətinin görüşü olub.

Nümayəndə heyəti Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, hüquq elmləri doktoru Baba Zahırov və Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovla təmsil olunub.

Görüşdə B.Zahırov Türkmənistan XİN rəhbərliyinin Azərbaycanın xarici işlər nazirinə salamlarını çatdırıb.

Daha sonra tərəflər Türkmənistan və Azərbaycan tərəfindən yürüdülən və hər iki ölkənin liderləri - Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəldilmiş siyasətin xarici siyasi və iqtisadi aspektlərini müzakirə ediblər.

Həmçinin görüşdə Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu və ADA Universiteti arasında memorandumun imzalanması məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti