...

Riçard Morninqstar verdiyi müsahibəyə bəzi Azərbaycan siyasətçilərinin sərt reaksiyasını şərh edib

Siyasət Materials 22 May 2014 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir S.Əhmədova/

ABŞ-ın Azərbaycandakı Səfiri Riçard Morninqstar Azadlıq Radiosuna verdiyi müsahibəyə bəzi Azərbaycan siyasətçilərinin verdiyi sərt reaksiyasiyaya şərh verib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərin sualına cavabında səfir deyib: "Azadlıq radiosuna verdiyim müsahibəyə olan şərhləri böyük maraqla oxudum. Çoxları mənim dediklərimlə razılaşdı, çoxları isə razılaşmadı".

Səfir bildirib ki, hər bir şəxsin öz fikrini ifadə etməsi hüququna hörmət edir: "Mənim niyyətim bugün Azərbaycanın üzləşdiyi bir çox məsələləri necə gördüyümü bəyan etmək idi. Əgər bu müsahibənin nəticəsi olaraq dövlət rəsmiləri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında xoşniyyətli hansısa müzakirə keçirilsə, o zaman bu müsahibəni verməyə dəyərdi".

Səfir qeyd edib ki, ötən 20 il ərzində Azərbaycanda bir çox sahələrdə böyük irəliləyiş olub: "Əminəm ki, gələcək 20 il ərzində daha böyük irəliləyiş olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti