...

ABŞ səfirliyi: Riçard Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmayıb

Siyasət Materials 23 May 2014 10:30 (UTC +04:00)
ABŞ səfirliyi səfir Riçard Morninqstarın Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması barədə xəbərlərə münasibət bildirib.
ABŞ səfirliyi: Riçard Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmayıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir S.Əhmədova/

ABŞ səfirliyi səfir Riçard Morninqstarın Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması barədə xəbərlərə münasibət bildirib.

Trend-in məlumatına görə, səfirliyin saytında verilən bəyanatda qeyd olunur ki, ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmayıb.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri R.Morninqstarın "Azadlıq" radiosuna verdiyi müsahibəsində Azərbaycana qarşı bəzi neqativ fikirlər səsləndirdiyi üçün Xarici İşlər Nazirliyinə çağırılması barədə xəbərlər yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti