...

Aİ Azərbaycanın turizm potensialını yüksək qiymətləndirir

Siyasət Materials 12 İyun 2014 12:27 (UTC +04:00)
Azərbaycanın turizm potensialı çox böyükdür. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" tvinninq layihəsinin tamamlanmasına dair keçirilən konfransda çıxışı zamanı deyib.
Aİ Azərbaycanın turizm potensialını yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın turizm potensialı çox böyükdür. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" tvinninq layihəsinin tamamlanmasına dair keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanla ən yaxşı təcrübəni paylaşmaq çox vacibdir: "Tvininniq layihəsi Avropa İttifaqının ən yaxşı təcrübəsini sizinlə bölüşmək üçün çox yaxşı imkandır. 16 aylıq tvininniq layihəsi çərçivəsində bir çox müsbət nəticələr əldə olunub və onları həyata keçirmək lazımdır. Azərbaycanda həm dənizkənarı, həm də qış mövsümü turizmi üçün çox imkanları var. Biz Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı davam etdirmək və yardım etmək üçün mövcud imkanları dəyərləndirməyi vacib hesab edirik. Şadam ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya sazişi payızda qüvvəyə minəcək".

Səfirin sözlərinə görə, bu sənədlərin qüvvəyə minməsi turistlərin sayına müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti