...

XİN: Türkiyə İraq xalqına hər bir dəstəyi göstərməyə hazırdır

Siyasət Materials 23 İyun 2014 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə terrordan əziyyət çəkən İraq xalqına hər bir dəstəyi göstərməyə hazırdır. Trend Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Nazir qeyd edib ki, İraqda terrorçuların aktivləşməsindən sonra Ankara bu ölkəyə humanitar yardım göndərib və yardımı davam etdirəcək.

İyunun 10-da "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının silahlıları İraqın Mosul şəhərini, bir neçə yaşayış məntəqəsini zəbt edib. İyunun 16-da isə İŞİD terrorçuları İraqın Telafer şəhərində nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terroçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti