...

Mövlud Çavuşoğlu: İraq və Suriyadakı vəziyyət region üçün təhlükəlidir

Siyasət Materials 23 İyun 2014 14:06 (UTC +04:00)
İraq və Suriyadakı vəziyyət region üçün təhlükəlidir. Bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğlu genişləndirmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle ilə görüşündə deyib.
Mövlud Çavuşoğlu: İraq və Suriyadakı vəziyyət region üçün təhlükəlidir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

İraq və Suriyadakı vəziyyət region üçün təhlükəlidir. Bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğlu genişləndirmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle ilə görüşündə deyib. Bu barədə Trend "TRT Haber"ə istinadən xəbər verir.

Nazir onu da qeyd edib ki, İraqdakı son vəziyyət ölkə rəhbərliyinin apardığı siyasətin acı nəticəsidir: "İraq rəhbərliyi ölkədəki bütün siyasi və dini cərəyanların maraqlarına deyil, sadəcə öz maraqlarına xidmət edən siyasət yürüdüb".

İyunun 10-da "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının silahlıları İraqın Mosul şəhərini, bir neçə yaşayış məntəqəsini zəbt edib. İyunun 16-da isə İŞİD terrorçuları İraqın Telafer şəhərində nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terroçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti