...

Azərbaycanla Boliviya arasında siyasi məsləhətləşmələr haqqında saziş imzalanıb

Siyasət Materials 27 İyun 2014 10:18 (UTC +04:00)
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Saziş” imzanalıb.
Azərbaycanla Boliviya arasında siyasi məsləhətləşmələr haqqında saziş imzalanıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Saziş" imzanalıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saziş Azərbaycanın Boliviya Çoxmillətli Dövlətindəki səfiri Məmməd Əhmədzadənin La Paz şəhərinə səfəri çərçivəsində Boliviyanın xarici işlər naziri David Choquehuanca ilə görüşündən sonra imzalanıb.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdə əməkdaşlıq, müqavilə-hüquq bazasının inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi mövzuları müzakirə olunub.

Səfər çərçivəsində M.Əhmədzadə Boliviya Senatının sədri Eugenio Rojas, Senatın xarici əlaqələr komissiyasının sədri Gabriela Montano, Deputatlar Palatasının sədri vəzifəsini icra edən Javier Eduardo Zavaleta Lopez, Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri Betty Tejada, habelə xarici işlər nazinin müavinləri Juan Carlos Alluralde Tejada və Valter Clarems Endara Vera, enerji inkişafı nazirinin müavini Franklin Molina ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti