...

Azərbaycan sülhməramlılarından ibarət növbəti qrup Əfqanıstana yola düşüb

Siyasət Materials 8 İyul 2014 16:24 (UTC +04:00)
Azərbaycan sülhməramlılarından ibarət növbəti hərbi kontingent Əfqanıstana yola salınıb.
Azərbaycan sülhməramlılarından ibarət növbəti qrup Əfqanıstana yola düşüb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan sülhməramlılarından ibarət növbəti hərbi kontingent Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 8-də Bakıdakı "N" saylı hərbi hissədə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.

Mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti