...

ABŞ-ın Azərbaycandakı səfiri postuna yeni namizədin adı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 İyul 2014 10:47 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri postuna yeni namizədin adı açıqlanıb. Bu barədə Trend Ağ Evin saytına istinadən xəbər verir.
ABŞ-ın Azərbaycandakı səfiri postuna yeni namizədin adı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

ABŞ-ın Azərbaycandakı səfiri postuna yeni namizədin adı açıqlanıb. Bu barədə Trend Ağ Evin saytına istinadən xəbər verir.

Məlumata görə, Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.

Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. O, bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.

Almaniyada iqtisadi müşavir-səfir kimi Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Kabildəki səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Daha əvvəl Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ DD-də müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavab verib, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub.

Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Qeyd edək ki, hazırkı səfir Riçard Morninqstarın səlahiyyət müddəti bu yay başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti