...

Prezident İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTO)

Siyasət Materials 13 İyul 2014 22:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuşdur.
Prezident İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 13 iyul /Trend /

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Romadakı məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuşdur.

Bu abidə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılmışdır. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti