...

ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub

Siyasət Materials 17 İyul 2014 17:13 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub

Azərbaycan, Bakı, 17 iyul / Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində görülmüş işlər müzakirə edilib və bir sıra sahələrdə əməkdaşlıq prespektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Riçard Morninqstarıa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti