...

Türkiyənin Baş naziri və BMT-nin baş katibi Qəzza sektorunda bombardmanın dayandırılmasına çağırdılar

Siyasət Materials 23 İyul 2014 05:44 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayip Ərdoğan və BMT-nin baş katibi Pan Gi Mun çərşənbə axşamı telefonla İsrail tərəfindən Qəzza sektorunun bombalamasını müzakirə ediblər.
Türkiyənin Baş naziri və BMT-nin baş katibi Qəzza sektorunda bombardmanın dayandırılmasına çağırdılar

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayip Ərdoğan və BMT-nin baş katibi Pan Gi Mun çərşənbə axşamı telefonla İsrail tərəfindən Qəzza sektorunun bombalamasını müzakirə ediblər. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Məlumata görə, tərəflər bombardmanın dayandırılmasına çağırıblar.

BMT-nin baş katibi qeyd edib ki, atəşin dayandırılması üzrə Türkiyənin səylərinə böyük əhəmiyyət verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti