...

Riçard Morninqstar ABŞ səfiri vəzifəsində səlahiyyətlərini başa vuraraq vətəninə qayıdıb

Siyasət Materials 31 İyul 2014 13:46 (UTC +04:00)
Riçard Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində öz səlahiyyətlərini artıq başa vurub. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.
Riçard Morninqstar ABŞ səfiri vəzifəsində səlahiyyətlərini başa vuraraq vətəninə qayıdıb

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Riçard Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində öz səlahiyyətlərini artıq başa vurub. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirliyin məlumatına görə, səfir artıq öz vətəninə yola düşüb.

Qeyd edək ki, ABŞ Senatı 2012-ci il iyunun 30-da R.Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq etmişdi.

R.Morninqstarın bu posta namizədliyi ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülmüşdü və Senatın Xarici əlaqələr komitəsi bu təklifi yekdilliklə bəyənmişdi.

Onu da qeyd edək ki, B.Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.

R.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. O bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.

Almaniyada iqtisadi müşavir - səfir kimi R.Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstandakı səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti