...

Kürd qoşun dəstələri İraqda iki yaşayış məntəqəsini azad ediblər

Siyasət Materials 18 Avqust 2014 18:05 (UTC +04:00)
Kürd qoşun dəstələri "Mosul" bəndi ərazisində yerləşən iki yaşayış məntəqəsini azad ediblər.
Kürd qoşun dəstələri İraqda iki yaşayış məntəqəsini azad ediblər

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Kürd qoşun dəstələri "Mosul" bəndi ərazisində yerləşən iki yaşayış məntəqəsini azad ediblər.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, yaşayış məntəqələri ABŞ Hərbi Hava Qüvvələrinin köməyi ilə "İraq Dövləti" qruplaşmasının silahlılarından azad olunub.

Hazırda kürd qoşun dəstələri Mosuldan qərbə doğru Zumər şəhərinə irəliləyirlər.

Məlumata görə, İraq silahlı qüvvələri tezliklə Mosula hücuma keçməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti