...

Türkiyənin yeni Baş naziri təyin olundu

Siyasət Materials 21 Avqust 2014 20:55
Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin yeni Baş naziri təyin olunub.
Türkiyənin yeni Baş naziri təyin olundu

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin yeni Baş naziri təyin olunub. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ölkənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bundan əvvəl avqustun 21-də yeni Baş nazirin təyin edilməsi haqqında qərar qəbul olunacağı deyilirdi.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə də xarici işlər naziri Ə.Davudoğlunun namizədliyi irəli sürülüb.

Bu qərar partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Telekanalın məlumatına görə, Ə.Davudoğlunun namizədliyi AKP-nin avqustun 27-də keçiriləcək təcili qurultayında təsdiq olunmalıdır.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə 51,8 faiz səs çoxluğu ilə Baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb. Türkiyə Prezidenti Abdullah Gülün səlahiyyət müddəti avqustun 28-də bitir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti