Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Müdafiə sənayesi naziri Yavər Camalov birinci Azəbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX-2014" sərgisi çərçivəsində Türkiyənin "ASELSAN" şirkətinin İdarə Heyətinin sədri Hasan Canpolatın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.
Trend Müdafiə Sənayesi Nazirliyinin (MSN) rəsmi saytına istinadən məlumat verir ki, görüşdə nazirliklə "ASELSAN" şirkəti arasında mövcud olan əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələrlər müzakirə edilib.
Görüşün sonunda MSN-in "Optika-Mexanika" İstehsalat Birliyi ilə "ASELSAN" şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmasına dair razılıq əldə olunub.