MTN: Azərbaycanda "İŞİD" və digər silahlı birləşmələrə qoşulmuş 26 nəfər həbs edildi

MTN: Azərbaycanda "İŞİD" və digər silahlı birləşmələrə qoşulmuş 26 nəfər həbs edildi

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "İraq-Şam İslam Dövləti" (İŞİD) və digər qanunsuz silahlı birləşmələrə qoşulmuş 26 Azərbaycan vətəndaşı həbs edilib. Bu barədə Trend-ə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan Respublikasının vətəndaşı-Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində tutulmuşlar.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Müəyyən edilmişdir ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər.

Belə ki, Firdovsi Yusifov Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İran İslam Respublikasına gedərək, qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçmiş və orada "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki "Tayfatul Mansura" adlı silahlı dəstənin "əmiri" təyin edilərək, həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqust ayınadək fəaliyyət göstərmişdir.

Həmçinin müəyyən edilmişdir ki, Taleh Soltanov da Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 2012-ci ilin sonlarında Azərbaycandan İrana gedərək, oradan qeyri-leqal yolla Pakistana keçmiş və "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki "Seyfullah" adlı digər silahlı dəstədə 2013-cü ilin avqust ayınadək iştirak etmişdir. Taleh Soltanov Pakistana gedərkən yeni ailə həyatı qurduğu arvadını, həmçinin qayınanasını da özü ilə götürmüş və onları əvvəlcədən İrandan Pakistanın Vəziristan ərazisinə göndərmişdir. Pakistanda Firdovsi Yusifov və Taleh Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəlmişlər. Onlar bu məqsədlə 2013-cü ilin avqust ayında Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq mühafizə orqanları tərəfindən yaxalanmış və 2014-cü il aprelin 24-də Azərbaycan Respublikasına təhvil verilmişlər. Taleh Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, onların köməkliyi ilə bu ölkəyə keçirilmişlər. İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olmuş və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalmışlar.

Təqsirləndirilən digər şəxslər - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər.

Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmişdir. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradaraq, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərmişdir. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabr ayından 2014-cü ilin aprel ayınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmişdir.

Elşən Qurbanlı qeyriləri ilə birlikdə Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2014-cü ilin may ayında Türkiyə Respublikasına, buradan isə "Əbu-Bəkr" ləqəbli şəxsin vasitəsilə qanunsuz yolla Suriya Ərəb Respublikasına getmişdir. Elşən Qurbanlı Suriya, İraq və Azərbaycan respublikalarının qanunvericilikləri ilə nəzərdə tutulmayan "İraq-Şam İslam Dövləti" - "İŞİD" adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçmişdir. Təlimlər bitdikdən sonra bölgü zamanı Elşən Qurbanlı öz istəyilə şəxsiyyəti istintaqla araşdırılan "Xattab" ləqəbli "əmir"in rəhbərlik etdiyi "Azəri camaatı" adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olmuşdur. Bundan sonra Elşən Qurbanlı və digərləri "İŞİD" adlı qanunsuz silahlı birləşmənin tərkibində 2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak etmişlər. Bu hərbi əməliyyatlar zamanı silahlı dəstə tərəfindən hücum planlaşdırılarkən baş vermiş partlayış nəticəsində 35 nəfər məhv olmuş, Elşən Qurbanlı isə yaralanaraq, sağ qalmış digər yaraqlılarla birlikdə Suriya ərazisinə qayıtmışdır.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumat üçün bir daha bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, terrorçuluq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məhzəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə hüquqazidd əməllərin törədilməsinə görə qanunvericiliklə müəyyən edilmiş cəza müddətləri artırılaraq 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkumetmə ilə cəzalandırılır.

İzmirdə dağılan binaların sayı 20-yə çatıb, dəniz suyu ətrafı basıb (ƏLAVƏ OLUNUB-2) (FOTO/VİDEO)
İzmirdə dağılan binaların sayı 20-yə çatıb, dəniz suyu ətrafı basıb (ƏLAVƏ OLUNUB-2) (FOTO/VİDEO)
Ermənistanda partlayış baş verib
Ermənistanda partlayış baş verib
İranda koronavirusa yoluxanların sayı 600 min nəfəri keçib
İranda koronavirusa yoluxanların sayı 600 min nəfəri keçib
Loading Bars
Xəbər lenti
“SOS Children's Villages International” Azərbaycanda ailələrə və uşaqlara dəstək göstərilməsi ilə bağlı humanitar çağırış edib
Böyük Britaniya Ermənistanın mülki məntəqələri atəşə tutmasını qətiyyətlə pisləyir
Xaricdə yaşayan Azərbaycanlılara düşmənlə mübarizədə dəstək olaq!
Xudafərin kəndindən videoreportaj
İzmirdəki zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki, məlumat yoxdur - XİN
İzmirdə dağılan binaların sayı 20-yə çatıb, dəniz suyu ətrafı basıb (ƏLAVƏ OLUNUB-2) (FOTO/VİDEO)
Bu il Azərbaycanda Gürcüstan parlamentinə seçkilərlə əlaqədar səsvermə keçirilməyəcək
Ermənistan 84 yaşlı erməninin nəşini ailə üzvlərinə çatdırmaqdan imtina etmişdir - Dövlət Komissiyası
"Tı kto takoy, Paşinyan, davay do svidaniya" - Yeni meyxana təqdim olundu (VİDEO)
Ermənistanda partlayış baş verib
Mingəçevir Dövlət Universitetində Onlayn Oriytentasiya Günü keçirilib (FOTO)
Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirilib (FOTO)
Bakcell Bərdə sakinlərinə dəstək göstərib
“Tələbə–məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri əsasən Ermənistan ərazisindən endirilib - Baş prokuror
“Amnesty International”, "Human Rights Watch" və “Vice News” erməni faşizmini fakt olaraq təsdiqlədilər - Vüqar Rəhimzadə
Prezidentinin tapşırığı ilə Ermənistanın Azərbaycana vurduğu ziyanların araşdırması aparılacaq - Hikmət Hacıyev
Əsgərlərimizə 10 mindən artıq məktub göndərilib (FOTO)
Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 6 muzdlu şəxs barəsində axtarış elan edilib
Araik Arutyunyan və digər yüksək rütbəli erməni məmur beynəlxalq axtarışa verilib - Kamran Əliyev
Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə liderdir
Ermənistan Azərbaycanda strateji obyektlərə zərbələr endirib - Baş prokuror
Azərbaycanda 1022 nəfər COVID-19-a yoluxub, 480 nəfər sağalıb, 10 nəfər vəfat edib
Prezident İlham Əliyev: Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun daha bir neçə kəndi işğaldan azad edilib
Ermənistan terroru nəticəsində 7 ailə tamamilə məhv olub - Kamran Əliyev
Ermənistan tərəfindən döyüşlərə cəlb olunan bir neçə əcnəbi beynəlxalq axtarışa verilib - ADLAR
Ermənistanın Bərdəyə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var (FOTO)
Azərbaycan ordusu Dağlıq Qarabağın ətrafındakı bir sıra rayonları Ermənistanın işğalından azad edə bilib - “Washington Post”
İşğal edilmiş ərazilərdə qanunsuz əldə olunan vəsaitlər Ermənistanın bank hesablarına keçirilib - Prezidentin köməkçisi
İranda koronavirusa yoluxanların sayı 600 min nəfəri keçib
Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib (FOTO)
Azərbaycan Avropa Məhkəməsinə müraciət edib - Elçin Əmirbəyov
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlanıb
Karantin rejiminin tələblərini pozan 26 ictimai iaşə obyekti aşkarlandı
Ermənistan atəşi nəticəsində 1-i körpə, 10-u uşaq, 27-si qadın olmaqla 91 nəfər həlak olub - Kamran Əliyev
Ermənistanın müharibə cinayətlərinin qiymətləndirilməsi üçün hərbi tribunal yaradılmalıdır - Hikmət Hacıyev
Yelo Bank ordumuza dəstək aksiyalarına davam edir (FOTO)
İspaniyada COVID-19 koronavirusunun yeni mutasiyası aşkar edilib
Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib (VİDEO)
Azərbaycanda ağaclar üçün yeni məlhəm hazırlanıb (FOTO)
Minsk qrupunun Cenevrə görüşü mətbuata qapalı keçiriləcək
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb (FOTO/VİDEO)
Ermənistanda ordu yox, bir sürü cinayətkar dəstə mövcuddur - Hərbi ekspert
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
21 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsahibələrin təşkili qeyri-müəyyən müddətədək uzadıldı
Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub (FOTO)
Paşinyan reallıqları qiymətləndirə bilmədi - Deputat
Təkcə mənim heyətim bir gündə düşmənin 8 topunu məhv edib - Gizir (VİDEO)
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanır - Elman Rüstəmov
Sabah 23 dərəcəyədək isti olacaq
Ordumuza məxsus PUA vurulmayıb - MN
Daha 4 rayonda 22 ev şəhid ailələri və müharibə əlillərinə verilib (FOTO)
İlahiyyat İnstitutunun kafedra müdiri Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)
Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir - ETSN (FOTO)
Ramin Quluzadə Pakistan səfiri ilə Ermənistanın son hərbi təxribatlarını müzakirə edib
Azərbaycan nefti ucuzlaşır
Yeni fərman düşmənə mesajdır: Bu torpaqlardan gözünüzü çəkin
Mərkəzi Bank gələn il Azərbaycanda inflyasiyanı 3,6-4 faiz səviyyəsində proqnozlaşdırır
"Amnesty International" və "Human Rights Watch"un qərarları Ermənistanın müharibə qaydalarını pozduğunu bir daha təsdiqlədi - Hüquqşünas
Rusiyada bir gündə 18 mindən çox yoluxma qeydə alındı
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - MN
Tikinti layihələrinin ekoloji qiymətləndirilməsi üçün ictimai dinləmə keçiriləcək
Yaponiya səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub (FOTO)
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Nazir şagirdlərə planşet paylanılması xəbərlərindən danışdı
Putin çıxışı ilə Ermənistanın istəyini darmadağın etdi - Deputat
Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədrinə məktub ünvanlayıb
Məktəbəqədər qrup və bağçalarda təlim-tədrisin bərpası mümkün deyil - Nazir
AŞ PA-nın komitə sədri: Bərdəyə zərbələrin endirilməsi, insanların həlak olması fəlakətdir
Nazirlik tədris kurslarının fəaliyyətinə aydınlıq gətirib
Şagirdlərin yerdəyişməsi prosesi nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Bu dərs ilində də şagirdlərin naliyyətlərinin qiymətləndirilməsi həyata keçiriləcək - RƏSMİ
İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? - Təhlil
Tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur - Nazirlik
Rusiyada güclü vulkan püskürməsi olub
İndiki vəziyyətdə ən düzgün yol distant təhsildir - Emin Əmrullayev
Azərbaycan tərəfinin hücum cəhdi olmayıb - MN
Ermənistanda koronavirusdan ölənlərin sayı 1 300-ə çatıb
Bu platformalar VPN-siz işləməlidir - Nazir
Erməni təxribatı nəticəsində 9 şagird ölüb, 50-ə yaxın məktəb yararsız hala düşüb - Emin Əmrullayev
Düşmənin atıb qaçdığı hərbi texnikalar təmir edilərək istifadə olunur (VİDEO)
Ermənistan artıq bu gün öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır - Fuad Muradov
Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib - FHN
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib - MN
Bərdəni atəşə tutan "Smerç" məhv edilib (VİDEO)
Paytaxtda koronavirusla bağlı reydlər keçirilir (FOTO)
"Human Rights Watch" Bərdəyə kasetli döyüş sursatları atıldığını təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Bərdədəki terrorla bağlı dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciət edildi
Oktyabrın 30-da xarici valyutaların manata qarşı məzənnələri
Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib (FOTO)
Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir
Xalq-dövlət-ordu birliyinin qüvvətli şəkildə təzahürü bizi böyük qələbəyə daha da yaxınlaşdırır - Sosioloq
Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Döyüşlər əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - MN
MN cəbhədəki son vəziyyəti açıqlayıb
İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb
ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb
Bütün xəbərlər