...

Prezident İlham Əliyev Tacikistan Milli Məclisinin aşağı palatasının sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 16 Oktyabr 2014 17:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Tacikistana rəsmi səfəri çərçivəsində Milli Məclisin aşağı palatasının sədri Şükürcon Zuxurovla görüşüb.
Prezident İlham Əliyev Tacikistan Milli Məclisinin aşağı palatasının sədri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Tacikistana rəsmi səfəri çərçivəsində Milli Məclisin aşağı palatasının sədri Şükürcon Zuxurovla görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirildi, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində parlamentlərin rolunun əhəmiyyəti vurğulandı. Bildirildi ki, dərin tarixi və mədəni əlaqələrə malik olan Azərbaycan ilə Tacikistan dost və tərəfdaş ölkələrdir. Vurğulandı ki, ölkələrimizin daha da yaxınlaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün Azərbaycan və Tacikistan prezidentlərinin imzaladığı Birgə Bəyannamənin əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük töhfə verəcəyi ifadə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti