Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Ukraynanın Ali Radasına seçkilərdə Baş nazir Arseniy Yatsenyukun lideri olduğu Xalq Cəbhəsi Partiyası 21,7 faiz səslə liderlik edir.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası bülletenlərin 15,12 faizinin hesablanmasından sonra məlumat verib.
Nəticələrə görə "Petro Poroşenkonun bloku" 21,69 faiz səslə ikincidir.